Maliyyə naziri Samir Şərifov Azərbaycanda təbii qazın qiymətinin artmasının səbəbini açıqlayıb.
Elchi.az xəbər verir ki, Samir Şərifov Milli Məclisin iclasında dünya bazarlarında təbii qazın qiymətinin çox yüksək olduğunu deyib.
“Bu, ölkəmizə də öz təsirini göstərir. Qazın bir hissəsi bizim daxili qurumlarımız tərəfindən, digər həcmləri isə ölkə daxilində xarici şirkətlərlə birgə hasil olunur”, – deyə nazir əlavə edib.