NATO Ukraynanı yaxın vaxtlarda alyansa üzv qəbul etməyə hazır deyil.
APA-nın “Vesti.ru”ya istinadən verdiyi məlumata görə, bunu Ukraynanın baş naziri Arseniy Yatsenyuk deyib.
Onun sözlərinə görə, Ukraynada yaranmış vəziyyətə görə NATO-ya qoşulmaq məsələsi hələlik gündəmdə deyil. O qeyd edib ki, NATO-ya üzvlük Ukraynanı müdafiə etmək üçün yeganə vasitə deyil.
Baş nazir əlavə edib ki, Donbasdakı böhran Cenevrə formatında həll olunmalı, böhranın nizamlanması ABŞ, Avropa Birliyi və Rusiyanın proseslərə cəlb olunması ilə reallaşmalıdır.
“Rusiya ilə ikitərəfli danışıqlar aparmaq ideyası münasib deyil. Biz elə güclü ölkə deyilik ki, bu məsələni ikitərəfli həll edək”, – deyə A.Yatsenyuk bildirib.