NATO-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

35

NATO Azərbaycan və Ermənistan qüvvələri arasında hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.

Elchi.az xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə köməkçisi Xavier Kolomina tvitter paylaşımında bildirib.

“Biz insan tələfatından dərin təəssüf hissi keçiririk və hər iki tərəfi gərginliyi azaltmağa, danışıqlar masasına qayıtmağa çağırırıq. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir”, – Xavier Kolomina deyib.