Narazı qazilərin əlillik təyinatına yenidən baxılacaq – İşçi Qrup yaradıldı

7

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi imtina cavabı alan qazilərin əlillik təyinatına yenidən baxılması üçün İşçi Qrup yaradıb”.

Elchi.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov “Sosial saat”da məlumat verib.

O qeyd edib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyi ilə birgə iş aparılacaq:

“Hansı qazilərin diaqnozları yeni meyarlara görə əlilliyə əsas verirsə, onların özləri müraciət etmədən birtərəfli qaydada mütəxəssislər tərəfindən baxılacaq. Göndərişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özü qazilərin müraciəti olmadan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərib. Siyahı bəllidir. Siyahının artıq 20%-i artıq nəzərdən keçirilib. Prosesin əsas hissəsi bu ayın sonuna qədər yekunlaşacaq”.