Lider TV-nin əməkdaşı, əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi qarət edilib.
BAKU.WS xəbər verir ki, hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib.
Rayona istirahətə gedən Vüqar Dərziyevə məxsus fərdi yaşayış evinə girən oğrular otaqları alt-üst ediblər. Qarətçilər 5 min manat dəyərində qızıl-zinət əşyalarınıoğurlayıb.
Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları cəlb edilib.Ekspertlər əl izlərini müəyyən edib. Araşdırma aparılır.
Ev sahibi V.Dərziyevin APA-ya verdiyi məlumata görə, iki il öncə evindən oğurluq edilib. Bundan əlavə, son 3 ay ərzində ətrafda yerləşən yaşayış evlərindəndə oğurluq edilib.