44 günlük müharibə dövründə azərbaycanlıların erməni dili biliyinin hansı səviyyədə olduğunu gördük.
Elchi.az xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
“Bir çox hallarda onlar aksentsiz danışırdılar. Azərbaycanlılar həmçinin məktəblərdə də ermənicə öyrənirlər”, – o qeyd edib.
Nazir həmçinin Ermənistan məktəblərində Azərbaycan və türk dillərinə böyük marağın olması barədə də danışıb.
Azərbaycan bu ölkə ilə müdafiə sazişi imzaladı
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib. Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib....