Müharibədə azərbaycanlılar erməni dilində… – Dumanyan

48

44 günlük müharibə dövründə azərbaycanlıların erməni dili biliyinin hansı səviyyədə olduğunu gördük.
Elchi.az xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
“Bir çox hallarda onlar aksentsiz danışırdılar. Azərbaycanlılar həmçinin məktəblərdə də ermənicə öyrənirlər”, – o qeyd edib.
Nazir həmçinin Ermənistan məktəblərində Azərbaycan və türk dillərinə böyük marağın olması barədə də danışıb.