“Müharibə statistikasında qorxulu həqiqət gizlənir” – Erməni politoloq

1
 “Müharibə statistikasında qorxulu həqiqət gizlənir” -   Erməni politoloq

Erməni politoloq Edqar Elbakyan ölkəsinin İkinci Qarabağ müharibəsindən ağır itkilərlə çıxdığını bildirib. Elbakyan kapitulyator adlandırdığı Ermənistan rəhbərliyini müharibə itkilərini gizlətməkdə ittiham edib. Onun sözlərinə görə, Qarabağda yaşayan erməni könüllülərlə bağlı hərbi statistika ictimaiyyətdən gizli saxlanılıb.

“Yalnız itkin düşənlər deyil, eyni zamanda əlillərin sayı və ölənlərlə bağlı dəqiq siyahı yoxdur. Statistika gizli saxlanılır. Buna səbəb odur ki, rəqəmlərdə qorxulu bir həqiqət gizlənir. Həqiqət isə odur ki, təslim olmağımız və ağır itkilər bahasına başa gələn müharibə daha əvvəl yekunlaşa bilərdi. Etibarlı mənbələrdən əldə etdiyim məlumatlara görə, müharibədə iştirak etmiş Qarabağda yaşayan ermənilər daha çox öldülər. Birinci Qarabağ müharibəsi ilə müqayisədə itki sayı daha yüksəkdir”, – erməni politoloq qeyd edib.