“Müharibə bitib, barışıq haqqında düşünməliyik” – Dunya Miyatoviç

0

Üçtərəfli bəyanat imzalanandan sonra artıq gələcəyə baxmalı və barışıq haqqında düşünməliyik. Vəziyyətin stabilləşdirilməsi, gərginliyin azaldılması üçün diqqəti barışıq və etimadın yaradılmasına yönəltməliyik.Bu sözləri AŞPA-da Avropa İnsan haqları komissarı Dunya Miyatoviç Qarabağla bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Komissar deyib ki, müharibə hər iki tərəf üçün həssas məsələdir: “Müharibə dayanıb və indi gələcəyə baxmalıyıq. Komandamla bölgəyə səfər etməyə hər an hazırıq. Avropa Şurası olaraq bizim post-münaqişə ərazilərində işləmək öhdəliyimiz var. Hər iki ölkə gələcəyə baxmalı və gələcəyə doğru irəliləməlidir. Polemikalar buna yardım etməyəcək”.

Qarabağla bağlı üçtərəfli bəyanatın icrasını diqqətlə izlədiyini deyən Dunya Miyatoviç bildirib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı çərçivəsində müşahidələr davam edir.