Artıq dörd aya yaxındır ki, Mübariz Mənsimov Türkiyə Cümhuriyyətinin hüquq mühafizə orqanları tərəfindən tutularaq həbsə alınıb. Qalmaqallı həbslər seriyasından olan bu tutulmanın əsas səbəbbi media tərəfindən müxtəlif versiyalarla izhlansa da əsl səbəb hələdə qaranlıq olaraq qalır.
Məsələn, yayılan xəbərlərdə Mənsimovun FETO örgütü ilə bağlılığı əsas müzakirə mövzusu olsa da sonradan bu ittiham Mübariz Mənsimovun özü tərəfindən inkar edildi. Sorra bu həbsdə Azərbaycandan olan bir sira rəsmi dovlət adamlarının maraqlı tərəf kimi adi hallandirildı. Hətta bəzi kluarlarda Mənsimovun həbsinin sifarişinin bizdən verildiyi də danışıldı. Əslində isə nələr baş verdiyi haqda səhih məlumat verilmədi.
Bir qədər əvvəl isə Virtualaz.org Türk mediasına istinadən maraqlı faktlarla çıxış etdi. Belə ki, sən demə Mübariz Mənsimov hələ Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən əvvəl “Ərdoğan tezliklə gedəcək” deyibmiş. Bu barədə iyunun 14-də Türkiyənin “Sabah” qəzeti və digər nəşrləri məlumat yayıb. Qəzet yazır ki, bu ilin mart ayında saxlanılaraq həbs edilən azərbaycanlı iş adamı Mənsimov Mübariz Qurban oğlu barəsində FETÖ istintaqı başa çatıb. Ona “silahlı terror təşkilatına üzv olma” maddəsi ilə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib. İstanbul Baş Prokurorluğu Terrorizm və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən hazırlanan 26 səhifəlik iddianamə İstanbul Ağır Cəza Məhkəməsinə göndərilib. Şahid ifadələrinə görə tərtib edilən ittiham aktında iddia olunur ki, Mənsimov bu ifadələri 15 iyul çevriliş cəhdindən əvvəl söyləyib.
Sonra qəzet şərti adlarla sahid ifadələrinə diqqət çəkib: “M. E. adlı gizli şahid İstanbul Baş Prokurorluğunda verdiyi ifadədə bildirib ki, Mənsimov 15 İyul çevriliş cəhdindən bir neçə həftə əvvəl ofisdə olarkən bir neçə dəfə əlini ürəyinə vurub və “bunların hamısı müvəqqətidir, Xoca Əfəndi gələcək” deyib. “Yəni bunu ürəkdən istəyirmiş kimi danışdı. Bu sözləri o, ofisdə bir vəkillə söhbət edərkən söylədi. Qısa müddətdən sonra çevriliş cəhdinin olduğunu biləndə Mənsimovun əvvəlcədən nələrisə bildiyini düşünərək şirkətdən ayrıldım”, -şahid deyib.
İfadə verən digər bir şahid A.Ç. isə 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində şirkətin demək olar ki, bütün rəhbər əməkdaşlarının Rusiyanın Rostov şəhərindəki “Palmali” şirkətinə baş çəkərkən yaşananları prokurorluqla paylaşıb: “Şam yeməyi üçün bir restorana gedildi. Yemək əsnasında Mənsimov FETÖ rəhbərinə işarə ilə “Xoca Əfəndi gələcək ” deyərək o zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlama verdi.
A.Ç. həmçinin bildirib ki, Mənsimov hazırda ölkədən qaçan FETÖ idarəçilərindən olan İhsan Kalkavanla birlikdə FETÖ rəhbərini ziyarət edib və orada Mənsimova Gülənin pijama və araqçını hədiyyə olaraq təqdim edilib. Şahid qeyd edib ki, bu hədiyyələr daha sonra Mənsimovun şirkətinin girişindəki Dəniz Muzeyində sərgilənib. Prokurorluq bu ifadələr əsasında müəyyən edib ki, təşkilat rəhbəri bəzi üzvlərin təşkilatdakı mövqeyini yüksəltmək məqsədilə onlara öz şəxsi əşyalarını hədiyyə verir. Mənsimov da bu baxımdan təşkilatın yüksək mövqe tutan üzvlərdən biri kimi qiymətləndirilir.
Məsələ bununla bitmir. Etibarlı qaynaqlardan “Elchi.az”-a daxil olan məlumata görə yayılan şahid ifadələri Mübariz Mənsimovun FETO ilə əlaqələrini subuta yetirən ifadələrin ən bəsitidir. Sən demə Mənsimovun həbsinə qədər bir neçə dəfə Ərdoğanın icazəsi istənilsə də o, razılıq verməyib. Tam dəqiq məlumatların toplanilması üçün MİT-ə tapşırıq verib. Bir ilə yaxin gizli bəlgələr toplayan MİT ölkə birincisi qarşısına ciddi faklar və sənədlərlə çıxıb. Bildirildiyinə görə Mübariz Mənsimov FETO başçısı Gülən əfəndinin qəbulunda olarkən “Tüm Türkiyə Sizi gözləyir” deyə ona olan sevgisini ifadə edib. Və istintaqı başa çatan məhkəmə işində Mənsimovu FETO ilə bağlayan onlarla dəlil sübuta yetirilib.
Verilən məlumatlarda o da bildirilir ki, ölkə başçısı Prezident İlham Əliyev Mübariz Mənsimovun həbsindən narahatlığını dilə gətirib və Türkiyəli həmkarından məsələni diqqətdə saxlamağı xahiş edib.
Elchi.az