Ölkə mətbuatında məmurın dəbdəbəli həyatı, onların törətdikləri qanunsuzluq və özbaşınalıqlarla bağlı çoxsaylı faktlar dərc olunub. Həmin faktlar ictimailəşdikdən dərhal sonra isə yuxarı instansiyalar həmin məmurlarla bağlı müvafiq tədbirlər həyata keçirir. Amma təəssüf doğuran hal bundan ibarətdir ki, görülən bütün profilaktik tədbirlərə baxmayaraq məmur qanunsuzluqları və macəraları ara vermir.
Bu dəfə Zaqatala rayon icra başçısı Mübariz Əhmədzadə haqda komik fakt üzə çıxıb. Sosial şəbəkələrdə Zaqata rayonunda aparılan “abadlıq-quruculuq işləri” ilə bağlı maraqlı fotolar yayılıb. Belə ki, sözügedən rayonun rəhbərliyi bir neçə ay bundan əvvəl götürüb Heydər parkında olan piyadalar üçün yolu təzələyib, indi də sakinlər parkda gəzəndə bunu görüb şoka düşüblər. İcra hakimiyyəti bax belə ucuz yollarnan rəsmən büdcədən pulları fırladır. Götürüb yeni salınan daş örtüyün üzərindən yenidən təzə daş döşəyiblərr. Adama deyərlər niyə axı?! Rayonlarda min cür problemlər var, işsizlik baş alıb gedir, onu həll eləməkdənsə götürüb təzə kafelin üstündən bir dənə də kafel salır… (cumhuriyyet.az)