MSK baxılmadan geri qaytarılan müraciətlərin sayını açıqladı

1

“Mərkəzi Seçki Komissiyasına (MSK) 26 halda vaxtı keçmiş müraciətlər daxil olub”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

O bildirib ki, Seçki Məcəlləsinin tələblərinə görə, həmin müraciətlərə baxıla bilməz: “Bununla əlaqədar olaraq 26 halda müraciətlər baxılmadan geri qaytarılıb. Çünki həmin müraciətlərin göndərilmə müddəti bitib”.