“Moskvanın davranışları real sülhün əldə edilməsinə hesablanmayıb”

52

“Ermənistanın dövlət sərhəddində atəşkəsi mütəmadi pozması, xüsusilə Brüssel görüşündən sonra bu halların baş verməsi, rəsmi Yerevanın danışıqlarda vaxt qazanmağa çalışdigini göstərir. Qeyd edim ki, ordu daxilində Rusiyaya yaxın generallarda təxribatların davam etməsində maraqlıdır. N. Paşinyan ordu daxilində Rusiya yaxın qüvvələri təmizləməyincə, sülh istiqamətində atacağı addımlar sabotaj olunacaq”.

Elchi.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə Feysbuk hesabında bildirib.

“Rusiyanın Ukrayna ilə müharibəsi fonunda Moskva Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına gətirib çıxarcaq biləcək danışıqlar masasını pozmaq üçün Ermənistan rəsmilərinə təzyiqlər edir. Məhz Kəlbəcər və Laçında atəşkəsin mütəmadi pozulması bunu göstərir.

V. Putin və N. Paşinyan arasında keçirilən danışıqlardan sonra Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tuta bilər. Amma, hazırda Moskvanın davranışları heç də iki ölkə arasında real sülhün əldə edilməsinə hesablanmayıb. Ona görə də rəsmi Bakı Rusiyanın vasitəçiliyində maraqlı deyil.

Ümumiyyətlə, V. Putin Rusiya Ukrayna müharibəsi fonunda Azərbaycan və Ermənistan arasında real sülhün əldə edilməsində maraqlı deyil. N. Paşinyan hansı mövqe tutmasından asili olmayaraq Brüsselin vasitəçiliyindən çıxması mümkün görünmür. Bu, N. Paşinyanın hakimiyyətinin sonu ola bilər. Ümumiyyətlə, Azərbaycanla sülh müqaviləsinin bağlanması N. Paşinyanın hakimiyyətdə qalmaq üçün sığortasıdır”.

Yeganə