Moskvada Yaqub Eyyubov və Paşinyanın müavini ayaqüstü söhbət etdi – Foto

42

Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubovla Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan ayaqüstü söhbət ediblər.
Elchi.az APA-ya istinadən xəbər verir ki, Yaqub Eyyubov və Mqer Qriqoryanın söhbəti Moskvada MDB İqtisadiyyat Şurasının iclası çərçivəsində baş tutub.
MDB İqtisadiyyat Şurasının məhdud formatda keçirilən iclasından sonra fasilə zamanı Yaqub Eyyubov və Mqer Qriqoryan təxminən 4 dəqiqə ayaqüstü söhbət aparıblar.
Daha sonra Baş nazir müavinləri MDB İqtisadiyyat Şurasının geniş tərkibdə iclasında iştirak ediblər.