Monqolustan prezidenti koronavirusa görə karantinə alındı

1

Monqolustan prezidenti Xaltmaa Battulqa koronavirusla əlaqədar karantinə yerləşdirilib.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, prezident Xaltmaa Battulqa ötən gecə Çindən qayıdıb.

Ölkəsinə qayıdan dövlət başçısı karantinə alınıb. O və Monqolustanın Xarici İşlər naziri 14 gün müddətində karantində olacaq.

Maraqlıdır ki, Monqolustan prezidentinin Çinə səfərində məqsəd koronavirusla bağlı mübarizə məsələlərini müzakirə etmək olub.