MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə məlumat yalandır

0

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.


Bu barədə Elchi.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.


Qeyd olunub ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.