Mixail Saakaşvilinin məhkəməsinin keçirildiyi Tiflis Şəhər Mərkəməsinin qarşısına sabiq prezidentin tərəfdarları toplaşıb.
Elchi.az xəbər verir ki, Saakaşvilinin tərəfdarları ilə polis arasında toqquşmalar da baş verir, hüquq-mühafizə orqanları artıq həbslərə başlayıb. Saxlanılanlar arasında gürcü müxalifətinin liderlərindən olan Giqi Uqulava da var.
Pirveli TV polisin aksiya iştirakçılarına qarşı bibər qazından istifadə etdiyi haqda məlumat yayıb.