Mirzoyan Lavrova zəng etdi

45

Sentyabrın 1-də Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasının gedişatı və perspektivlərini ətraflı müzakirə ediblər. Əlaqələrin yaxın vaxtlarda davam etdirilməsi razılaşdırılıb”, – məlumatda qeyd olunub.

Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.