MİQ-in riyaziyyat üzrə imtahanının vaxtı AÇIQLANDI

37

2022-2023-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqəsində riyaziyyat fənnindən keçiriləcək əlavə test imtahanı ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Elchi.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.