Millimiz ardıcıl dördüncü qələbəsini qazandı

42

Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
Yığma IV turda İsrail seçməsi ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən milli komanda ardıcıl 4-cü qələbəsini qazanıb.
Günay Məmmədzadə və Gövhər Beydullayeva rəqibləri ilə heç-heçə ediblər. Xanım Balacayeva və Ülviyyə Fətəliyeva isə görüşlərini qalibiyyətlə başa vurublar.
Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, III turda isə Yunanıstanı 2,5:1,5 hesabı ilə üstələyib.
İsrail – Azərbaycan – 1:3
Marsel Yefroimski – Günay Məmmədzadə – 0,5:0,5
Dina Belenkaya – Xanım Balacayeva – 0:1
Maşa Klinova – Gövhər Beydullayeva – 0,5:0,5
Mixal Lahav – Ülviyyə Fətəliyeva – 0:1
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.