Milli Musiqi Gününə həsr olunan tədbirlər ləğv edildi

41

Mədəniyyət Nazirliyi şəhidlərimizə görə 18 Sentyabr – Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirləri təxirə salıb.

Elchi.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

“Festivalın proqramında olunan dəyişikliklərə əsasən, yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılır. Həmçinin, teatrın 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır”, – məlumatda bildirilib.