Meymunçiçəyinə qarşı “Imvanex” vaksininə icazə verildi

36

Danimarkanın “Bavarian Nordic” əczaçılıq şirkəti Aİ tərəfindən meymunçiçəyinə qarşı “Imvanex” vaksininin istifadəsi üçün icazə alıb.

Elchi.az-ın məlumatına görə, bu barədə şirkət tərəfindən açıqlama yayılıb.

Qeyd olunub ki, iyulun 22-də verilən icazə bütün Aİ ölkələrində, o cümlədən Norveç, İslandiya və Lixtenşteyndə qüvvədədir.

Bir müddət əvvəl, “Imvanex” meymunçiçəyinə qarşı ABŞ və Kanadada təsdiq olunmuşdu. Bu preparat hələlik meymunçiçəyinə qarşı yeganə vasitə hesab olunur.