Meksikada avtobus qəzasında 14 nəfər ölüb.
RİA “Novosti” agentliyi xəbər verir ki, Halisko ştatında kənd təsərrüfatı işçilərini daşıyan avtobus yoldan çıxaraq divara çırpılıb.
“Avtobusun əyləc sistemində nasazlıq yaranıb. Sürücü avtobusu saxlamağa çalışıb, nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı divara çırpılıb. Qəza nəticəsində 14 nəfər ölüb, 20 nəfər xəsarət alıb”, – deyə ştatın Mülki Müdafiə Xidməti “Twitter” hesabında məlumat yayıb.
Ölənlər arasında avtobusun sürücüsü də var.
Hadisə yerində araşdırma aparılır.
Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb
Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...