Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə bayram sovqatları verildi

59

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibəti ilə Vətən Müharibəsi şəhidlərinin ailələrinə bayram sovqatları çatdırılıb.

Elchi.az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri və könüllüləri bayram günü şəhidlərimizin ailələrinə baş çəkib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Qurban bayramı münasibətilə təbrikləri çatdırılıb, qurban payları təqdim olunub.