Medvedyevin “Qiyamət” hədəsinə Zelenskidən cavab

65

Rusiyadan Ukrayna üçün guya “Qiyamət günü” ilə bağlı ayıq başla deyilməyən bir bəyanat verildi. Təbii ki, heç kim bu cür hədə-qorxuları qəbul etməyəcək. Amma baxın – Donbas səmasında Malayziyaya məxsus “Boinq”in vurulması və 80-i uşaq olmaqla, 298 nəfərin ölümünün ildönümündə bu sözləri demək həyasızlıqdır.

Elchi.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Dmitri Medvedevin Rusiyanın işğal etdiyi Krıma hücum ediləcəyi təqdirdə Ukrayna üçün “Qiyamət gününün gələcəyi” hədəsinə cavabında deyib.

O bildirib ki, Rusiya 2014-cü ildən terrorçu-dövlət yolu ilə gedir və Ukraynaya qarşı aqressiyası mütləq xüsusi tribunalla yekunlaşacaq:

“Bu, Rusiya üçün Qiyamət günü olacaq – məcazi deyil, hərfi mənada”.