Amerikalı milyarder, “SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukrayna ərazisinin bir hissəsini Rusiyaya verməklə müharibəyə son qoymağı təklif edib.
Elchi.az xəbər verir ki, bu barədə Mask Tvitter hesabında paylaşım edib və izləyicilərdən səsvermədə iştirak etməyi istəyib.
Mask hesab edir ki, Ukrayna Krımdan imtina etdikdən sonra sülh yarana bilər:
“Krım 1783-cü ildən bəri (Xruşşovun səhvindən əvvəl) olduğu kimi, rəsmi olaraq Rusiyanın bir hissəsi olaraq qalır. Belə olan halda son sözü xalq özü deməlidir”.
Digər variant isə Ukraynanın Krımı su ilə təmin etməsi və neytral olmasıdır:
“Çox güman ki, bu, sonda baş verəcək – yeganə sual ondan əvvəl nə qədər insanın öləcəyidir. Onu da qeyd etmək yerinə düşər ki, bu münaqişənin mümkün, lakin qeyri-mümkün nəticəsi nüvə müharibəsidir”.
Rusiya və Ukrayna üzbəüz danışıqlar apardı
Ombudsman Lvova-Belova: Rusiya Federasiyası və Ukrayna uşaqlarla bağlı üzbəüz danışıqlar aparıb. Elchi.az xəbər verir ki, Ombudsman Mariya Lvova-Belova bildirib ki, Qətərin vasitəçiliyi...