Banklarda Dolların ucuzlaşması davam edir.
Bu gün Bank Respublika Dolların alışını 1.60 manata, satışını isə 1.65 manata salıb.
Ötən həftənin sonunda Bank Respublika 1 Dolları 1.61 manata alıb, 1.70 manata satırdı. Ümumiyyətlə, ötən həftə banklarda Dolların alış qiyməti 1.61 manatadək, satış qiyməti isə 1.6720 manatadək düşmüşdü.
Digər banklarda Dolların düşəcəyi gözlənilir.
Günay Bank Dolların satış qiymətini 1.6750 manatdan 1.6680 manata salıb.
Ekspertlər iddia edir ki, yaxın günlərdə dolların kursu daha ciddi şəkildə enəcək və 1.50 manat dəyərində qərarlaşacaq.