Makron xüsusi iclas keçirəcək – SƏBƏB

49

Fransa prezidenti Emmanuel Makron sentyabrın 2-də Müdafiə və Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Elchi.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

İclasda qış ərəfəsində qiymətlərin qalxması fonunda enerji təchizatı məsələləri müzakirə olunacaq.

Toplantıda baş nazir Elizabet Born, iqtisadiyyat naziri Bruno Le Maire, enerji transformasiyası naziri Agnes Pannier-Runachet və digərləri iştirak edəcək. İclasda qaz və elektrik enerjisi ilə bağlı müzakirələr aparılacaq.