Magistraturaya qəbul olanların qeydiyyatı başlayır

58

Magistraturaya qəbul olanların qeydiyyatı başlayır.

Elchi.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, magistraturaya qəbul olmuş şəxslər 2022-ci il 15 iyul saat 12:00-dan 25 iyul saat 12:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.