Macarıstan “Qazprom”la razılaşma əldə edib.
Elchi.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyaro məlumat verib.
Onun sözlərinə görə, yeni razılaşmaya əsasən sentyabrın 1-dən etibarən Macarıstana müqavilədə nəzərdə tutulandan əlavə 5,8 milyon m³ təbii qaz ötürüləcək.