Macarıstan AB-dən çıxarıla bilər – Bek

63

Macarıstanın Rusiya ilə münasibətlərə dair mövqeyi Budapeştin Avropa Birliyindən çıxmasına səbəb ola bilər.

Elchi.az xəbər verir ki, bu sözləri Çexiyanın Avropa məsələləri üzrə naziri Mikulaş Bek deyib.

“Aİ-də danışıqlar çox vaxt çətin olur və bir çox ölkələr tərəfindən aparılır. Lakin Macarıstan, düşünürəm ki, bir növ uçurumun kənarına qədər uzun bir yol qət edib. İndi isə uçurumun kənarından uzaqlaşıb-uzamayacağına özü qərar verməlidir”, – Bek bildirib.