“Azərbaycan Beynəlxalq Bankı (ABB ) Azer Aydemirdən bank hesabı açmaq üçün analoqu olmayan, absurd bir arayış tələb edib.
Bank Azər bəydən 15 il öncə baş tutan soyad dəyişikliyi ilə bağlı ASAN Xidmətin təsdiqləyici sənədinin gətirilməsini istəyib. Sadəcə biabırçılıq…”.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz FB hesabında qeyd edib:
“”Biz gözləyirdik ki Mərkəzi Bankda kadr dəyişiklərindən sonra rəqəmsal transformasiya güclənəcək.
Baş verənlər isə bunun tərsini göstərir.
Dəqiq bilirəm ki, ABB İT layihələrə , rəqəmsallaşmaya yüz milyonlarla vəsait xərcləyib.Görünür ki bütün bunlar səmərəsiz və qeyri-effektiv olub.
Maraqlıdır ki, banklar arasında ən böyük İT komanda onlardadır. Hətta xariciləri də dəvət ediblər, mənasız alt qurumlar yaradıblar .
Görünür ki, bu nəhəng dövlət strukturunda ötən illərdə baş verən neqativ proseslər hələ də davam edir.
Çox təəssüf. Belə olan halda Elektron Hökumətin İnkişafı Mərkəzinin hazırladığı Asan Finance, onlayn bank hesabı açmaq kimi uğurlu layihələri də öz əhəmiyyətini itirmiş olur.
Ümid edirəm Mərkəzi Bank bu cür biabırçılığa ciddi qiymət verəcək.
Düşünürəm ki, burada İT xərclərin auditini də aparmaq doğru olardı”.
Şayəstə