“Nərgiz” Nəşrlər Evində “Mərhəmət elçisi” jurnalının Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 45 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı olub. SİA-nın məlumatına görə, tədbirdə akademik Teymur Bünyadov Ulu Öndərin Azərbaycanda siyasi fəaliyyətə başladığı gündən ölkəmizdə iqtisadi, mədəni, elmi və digər sahələrdə böyük irəliləyişlərin əldə olunduğunu, respublikamızın beynəlxalq aləmdə sivil ölkələrdən biri kimi tanındığını söyləyib.
Çıxış edənlər vurğulayıblar ki, müstəqil Azərbaycan məhz dahi siyasətçi Heydər Əliyevin arzularının, ideyalarının bariz ifadəsidir.
Qeyd edilib ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə əməkdar artist Eldost Bayram Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şerləri səsləndirib