“Son zamanlar müzakirə olunan əsas mövzulardan biri də keçmiş məmurların, gömrük işçilərinin sabiq icra başçılarının külli miqdarda mənimsəmə və ya israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma maddələri ilə həbsi zamanı dövlətə dəyən ziyanın hesablanıb, geri alınmasıdır”.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu Feysbuk hesabında qeyd edib:
“Məsələn, sabiq nazir Səlim Müslümov 20 milyon manatı mənimsədiyinə görə dövlətə geri ödəyib, 7 milyon manatı israf etdiyinə görə isə ona məxsus əmlaklara həbs qoyulub. Heç şübhəsiz ki, Müslümovun qanunsuz fəaliyyətindən dövlət 27 milyon manat deyil, daha çox ziyan çəkib, eləcə də biznesə və əhaliyə vurulan zərər də dövlətə dəyən ziyandan da artıqdır. Ona görə də hesab edirəm ki, hazırki yanaşma qüsurludur və birtərəflidir. Çünki, Azərbaycan hakimiyyətində yüksək vəzifə tutan məmurlar, icra başçıları, gömrük rəhbərləri vəzifə səlahiyyətlərini aşdığı zaman yalnız dövlətə deyil, biznesə və əhaliyə də külli miqdarda ziyan vururlar. Fikrimcə, onların hər birinin rəhbər vəzifədə olduğu müddət ərzində biznesə və əhaliyə vurduğu ziyanın məbləği də hesablanmalı və məhkəmə biznesə və əhaliyə dəyən maddi və mənəvi zərərə görə təzminat barədə qərar verməlidir, xüsusilə də kömrük işçilərinin, icra başçılarının fəaliyyətindən yüzlərlə biznes sturkturu, Səlim Müslümovun fəaliyyətindən minlərlə vətəndaş ziyana məruz qalıb, əgər onlar da hesablanıb, zərər ödənilərsə məhkəmə qərarları ədalətli görsənə bilər”.
Şayəstə