Suriya dövlət başçısı Bəşər Əsəd etiraf edib. ANS PRESS-in məlumatına görə, o, son zamanlar müxalifətə qarşı savaşda bəzi məğlubiyyətlər yaşadıqlarını etiraf edib.
Adətən qələbələr haqqında danışan Əsəd bu açıqlamanı üsyançıların Türkiyə ilə sərhəddə yerləşən İdlib başda olmaqla, Suriyanın şimalında və cənubundakı önəmli bölgələri ələ keçirməsindən sonra verib.
Dəməşqdəki bir məktəbdə danışan Suriya lideri qalibiyyət və məğlubiyyət, eniş və yoxuşların təbii olduğunu deyib. O, rejim qüvvəllərinin təkrar zəfərlər qazanacağına söz verib.
Xatırladaq ki, üsyançılar ötən həftə İdlib vilayətinin paytaxtı hesab edilən və strateji əhəmiyyətli Cisr eş Şuğur qəsəbəsini və ərazidəki hərbi hissəni ələ keçirib.