Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb.
“Report”un əldə etdiyi məlumata görə, nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir.
O, 2011-ci ilin fevralın 18-də Mədəniyyət və Turizm nazirinin müavini təyin olunub. V.Əliyev 2018-ci ilin mayın 18-dən Mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutur.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.
“Hər gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında veteranları görürük”
“Bir sıra qanunlar haqqında dəyişiklər edəcəyik. “Veteranlar haqqında” qanunun 15-ci maddəsi “Dərman və müalicə vasitələri ilə təminat” adlanır. Yalnız İkinci...