Azərbaycanda 2021-ci ildə məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 8% artaraq 3,8 mlrd. manatı keçib və proqnoz 109,9% səviyyəsində icra olunub.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabına yazıb.
Nazir əlavə edib ki, qeyri-büdcə təşkilatlarında da müsbət dinamika qeydə alınıb.
“Bu sahədən məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 15,3% artaraq 2,4 mlrd. manatı ötüb və proqnoz 113,2% yerinə yetirilib”, – nazir bildirib.