Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır

0

Səudiyyə Ərəbistanı hökuməti koronavirusa görə Məkkənin ziyarətinə tətbiq etdiyi qadağanı 2 mərhələdə yumşaldacaq.

“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Yumşaldılmanın birinci mərhələsi mayın 31-də başlayacaq. Həmin gündən Məkkəyə giriş-çıxışa və saat 06.00-dan 15.00-dək küçəyə çıxmağa icazə veriləcək.

Məlumata görə, Məscid-Haramda Cümə namazı başda olmaqla camaat namazlarına tətbiq edilən məhdudiyyətlər hələlik qüvvədə qalacaq.

İkinci mərhələ isə iyunun 21-də başlayacaq. Həmin tarixdən Məkkədə saat 06.00-dan 20.00-dək küçəyə çıxmağa icazə veriləcək.