Lüksemburq da Bakı və İrəvana çağırış etdi

30

Lüksemburq Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi əməliyyatlardan çox narahatdır.

Elchi.az xəbər verir ki, bu barədə Lüksemburq xarici işlər naziri Jan Asselborn söyləyib.

“Ermənistan-Azərbaycan sərhədində baş verən, çoxsaylı itkilərlə nəticələnən hərbi əməliyyatlar barədə xəbərlər məni dərindən narahat edir. Düşmənçilik fəaliyyəti dayandırılmalıdır”, – o bildirib.

Asselborn hər iki tərəfi vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırıb.