“Lukoyl”un Direktorlar Şurasının sədri müəmmalı şəkildə öldü

48

“Lukoyl”un Direktorlar Şurasının sədri, 64 yaşlı Ravil Maqanov Moskvadakı Mərkəzi Klinik Xəstəxanasında pəncərədən yıxılaraq ölüb.

Elchi.az xəbər verir ki, bu barədə “112” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Maqanov xəstəxananın 6-cı mərtəbəsində müalicə kursu keçirmiş.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.