Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, o, şəxsən mobil telefondan istifadə etmir.
Elchi.az xəbər verir ki, pioner hərəkatının 100 illik yubileyində çıxış edən A.Lukaşenko mobil telefondan istifadə etməməyini təhlükəsizlik baxımından izah edib.
O, həmçinin uşaqlara və gənclərə də telefonlara daha az diqqət etməyi və hər zaman internetdən “asılmamağı” tövsiyə edib.
Bildirib ki, mobil telefondan ilk növbədə öz əsas məqsədi – rabitə vasitəsi kimi, internetdən lazımi məlumatı əldə etmək üçün istifadə edilməlidir.
Prezident mobil rabitəni bəşəriyyətin böyük nailiyyəti hesab etsə də, onun fikrincə, bunun mənfi tərəfləri də var.
“Bəzən telefonla “oynamağı” bir kənara qoyub, real həyatla məşğul olmaq lazımdır. Və ondan yalnız lazım olanda istifadə edin. Telefon ilk növbədə ünsiyyət vasitəsi və internetə çıxış imkanıdır. Lazım olan məlumatları əldə etmək üçün internetdən istifadə edilməlidir. Amma hər zaman orada qurdalanmaq lazım deyil”.