Sosial şəbəkələrdə atışma videosu yayılıb və şərhlərdə iddia olunur ki, guya bu kadrlar kriminal avtoritet Nadir Səlifovun (“Lotu Quli”) qətlinin görüntüsüdür.
Videoda ağ rəngli avtomobildə bir qrup insan dayanacaqda durmuş avtomobilləri əzərək atəş açır. Kadr arxasındakı qadın səsi bildirir ki, atışma nəticəsində “Lotu Quli” qətlə yetirilib.
Elchi.az xəbər verir ki, məlumatı dəqiqləşdirmək üçün virtualaz.org-un əməkdaşları Nadir Səlifovun özü ilə əlaqə yaradlblar və o, həmin məlumatı şəxsən təkzib edib.
Məlum olub ki, kriminal avtoritetə qarşı heç bir sui-qəsd olmayıb, onun özü isə hazırda İstanbulda yaşayır.
“Ədalətli, mülki, demokratik cəmiyyət, hüquq dövləti qurmaq üçün addım-addım irəli getməliyik” Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət...
HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Həyya atəşkəs danışıqları ilə bağlı açıqlamasında deyib: “Həmas danışıqlara qapını bağlamadı, əksinə, qrup bəyan edilən...
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Elchi.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə keçirdiyi mətbuat konfransında bildirib ki, Ankara artıq İsraillə fəal ticarət...