Lotu Quli ləqəbli “qanuni oğru” Nadir Səlifov Türkiyədən Qətərə köçüb.
Lent.az bildirir ki, bu barədə Rusiyanın ura.ru saytı yazıb. Məlumata görə, Lotu Quli Qətərdə yaşamaq icazəsi alıb və mühafizəylə təmin edilib.Kriminal dairələrdə Qulinin Qətərə üz tutmasının onun “qanuni oğru”ların “sxodka”sından qaçmasıyla əlaqələndirirlər. Deyilənə görə, o, tez-tez telefon nömrələrini də dəyişdirərək “sxodka”ya getməkdən yayınır. Məlumata görə, elə bu təzyiqlərə görə, Quli Qətərə üz tutub.
İlham Əliyev forumda iştirak edir
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının...