Litva Seyminin sədri Azərbaycana səfərə gəlib

55

Azərbaycan Respublikasında səfərdə olan Litva Respublikası Seyminin sədri Kazis Starkeviçyusun başçılıq etdiyi nümayəndə heyəti iyulun 14-də Şəhidlər xiyabanını ziyarət edib.

Elchi.az xəbər verir ki, Litva parlamentinin nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə gül qoyublar.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən litvalı parlamentarilərə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.