Sentyabrın 15-də Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti işə başlayıb.
Elchi.az xəbər verir ki, Özbəkistanda səfərdə olan dövlət başçıları səmimi ortamda bir araya gələrək, həmsöhbət olublar.
Prezidentlərin qeyri-rəsmi görüşündə çəkilən şəkil maraqla qarşılanıb və sosial şəbəkədə çox saylı istifadəçilər tərəfindən “günün fotosu” adı ilə paylaşılıb.
Fotodan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış etdiyi, həmkarlarının onu maraqla dinlədiyini görmək olar.