Lerikdə sərxoş məmurun gizlədilən avtoqəzası – icra başçısına qarşı duran milyonçi müavin

33

lerik

Azərbaycan məmurlarının macəraları seriyasına daha bir olay bu günlərdə Lerik rayonunda əlavə olundu. Belə ki, “Bələdiyyə sədri sərxoş olub, qəza törətdi” başlıqlı xəbərdə məlumat vermişdik ki, Lerik rayon icra başçısının müavini Cəlil Baxşiyevin qardaşı Zəfər Baxşiyev ağır qəza keçirib. Zəfər Baxşiyev rayonun Zuvand ərazisində baş verən yol qəzasında ağır xəsarət alıb. Onunla birlikdə əmisi oğlu da olub. Onların sərxoş olduğu deyilir. Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Z.Baxşiyevin vəziyyəti ağırdır. Z.Baxşiyev Kələxan bələdiyyə sədri vəzifəsində çalışır.”

Savash.org xəbər verir ki, hadisə ilə bağlı cumhuriyyet.azın apardığı araşdırmalar ilginc faktlar üzə çıxarıb. Belə ki, baş vermiş avtoqəza hüquq mühafizə orqanları tərəfindən rəzmi qeydiyyata alınmayıb və Kələxan bələdiyyəsinin sədri Zəfər Baxşiyevin sərxoş halda avtomobil idarəetməsinə görə cəza almasının qarşısı alınıb. Son vaxtlar avtoxuliqanlığa və sərxoş halda avtomobil idarəetməyə görə sərt cəzalar verildiyi halda sıradan bir bələdiyyə sədrinin bağışlanması təəccüb doğurur. Bu istiqamətdə araşdırmalarımız isə məsələni toxunulmaz olan bələdiyyə sədrinin qardaşı, Lerik rayon icra başçısının müavini Cəlil Baxşiyevin üzərinə gətirdi.

İlk olaraq onu bildirək ki, Baxşiyevlər rayonda doqquz qardaşdılar. Məhz bu faktın şərəfinə Lerikin Zvand ərazisində möhtəşəm “9 qardaş” İstirahət Mərkəzi tikilib. Belə ki, “9 qardaş” İstirahət Mərkəziinə Səlil Baxşıyev bir neçə milyon manat vəsait sərf olunub və hazırda bu obyekt turizm rayonu kimi tanınan Lerikin ən dəbdəbəli və bahalı istirahət mərkəzlərindən hesab olunur. Burda istirahət edənlərin hamısı isə varlı məmurlar və onoarın övladlarıdır. İcra başçısının müavini olaraq C.Baxşəliyevin biznes dünyası bununla yekunlaşmır. Rayondakı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə Lerik rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Lerik-Lənkəran yolunun üstündə də restoran və istirahət kompleksinə sahibdir. İcra başçısının müavininin obyektləri bununla bitmir. Lerikin mərkəzində bir neçə iri ticarət obyektlərinə sahib olan Cəlil Baxşıyevin həmçinin paytaxt Bakı şəhərində də bir neçə marketi və ticarət obyektlərinin olduğu bildirilir. Həmin ticarət obyektləri barədə isə Lerikin icra başçısın Rövşən Bağırovun xəbərsiz olduğu qeyd olunur. Ümumiyyətlə isə Cəlil Baxışovun Rövşən Bağırovdan gizli bir çox işlər çevirdiyi, həmçinin gəlir sahələrinin olduğu vurğulanır. Maraqlıdır ki, birinci müavinin icra başçısına qarşı fəaliyyət göstərməsi, hətta onun haqqında mediaya məlumatlar ötürməsi haqda da iddialar var.

Lerikin ən varlı şəxslərindən hesab olunan Cəlil Baxşıyevin bütün sərvətini və sərmayəsini dövlət büdcəsindən mənimsədiyi vəsait hesabına yaratdığı iddia olunur. Bu mənimsəmə faktları isə o qədər böyükdür ki, icra başçısının müavini bu gün milyonluq obyektlərə sahibdir və ölkəninin ən kiçik rayonlarından birinin məmuru rəsmən özünü milyoner hesab edir.

Sonda onu da bildirək hazırda bələdiyyə sədri olan qardaşının sərxoş halda törətdiyi avtoqəzanı örtbasdır etdirən C.Baxşəliyevin özünün də adı bir neçə qalmaqallı olaylarda hallanıb. Belə ki, bir neçə il öncə icra başçısının müavinini Xanış Şahiyevin – məşhur çoban Xanışın övladları tərəfindən döyülməsi haqda xəbərlər yayılmışdı.

Lerikdəki örtbasdır edilən qəza və Baxşıyevlərin fəaliyyəti haqda araşdırmalarımızı davam etdirəcəyik…