Lavrovun xüsusi nümayəndəsi İrəvanda – Mirzoyanla görüşdü

39

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri, Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.

Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı geniş spektrli məsələlər müzakirə olunub.

Xovayev bundan əvvəl Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.