Lavrov Paşinyana cavab verdi

34
ADDIS ABABA, ETHIOPIA - JULY 27, 2022: Russia's Foreign Minister Sergei Lavrov delivers an address to permanent representatives of the African Union (AU) member countries at the Russian Embassy in Ethiopia. Russian Foreign Ministry Press Office/TASS Ýôèîïèÿ. Àääèñ-Àáåáà. Ìèíèñòð èíîñòðàííûõ äåë ÐÔ Ñåðãåé Ëàâðîâ âî âðåìÿ âûñòóïëåíèÿ ïåðåä ïîñòïðåäàìè ãîñóäàðñòâ-÷ëåíîâ Àôðîñîþçà â ïîñîëüñòâå Ðîññèè. Ïðåññ-ñëóæáà ÌÈÄ ÐÔ/ÒÀÑÑ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı fikirlərinə münasibət bildirib.
Nazir məsələ ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyini söyləyib.
“Mənim üçün bu suala cavab vermək çətindir. Çünki biz Ermənistanın Baş nazirinin Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatı kontekstində müzakirəyə çıxarmaq istədiyi konkret təklifləri görməmişik”, – o vurğulayıb.
S.Lavrov, həmçinin söyləyib ki, Ermənistanın əlavə təşəbbüslər irəli sürmək hüququ var.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün hökumətin iclasında Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətinin suallar doğurduğunu deyib.