Lavrov: Onlar Cənubi Qafqaza ordu yeritmək istəyir

6

Qərb ölkələri Rusiya ətrafında onun yaxın qonşuları hesabına qeyri-stabillik qurşağı yaratmağa cəhd edir.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Ətrafımızda qeyri-stabillik qurşağı formalaşdırmağa cəhd edərək, yaxın qonşularımızı, bizə qardaş olan xalqları seçimə məcbur edirlər. Ətrafımızdakı əraziləri hərbi və iqtisadi formada mənimsəmək, bizi sanitar kordonla mühasirə etmək istəyirlər. Hansısa fayda götürməkdən ötrü Qərb bizimlə qonşu ölkələrin inkişafına həlledici təsir göstərəcək”, – deyə o bildirib.

Lavrov Qərbin, xüsusilə, Ukrayna, Moldova və Belarusda situasiyanı qarışdırdığını söyləyib:

“İndi Qərbdə həmkarlarımız öz mövcudluqlarını, o cümlədən hərbi mövcudluqlarını sərhədlərimiz boyunca, Mərkəzi Asiya və Cənubi Qafqazda genişləndirmək istəyir”.

Lavrov Qərbin Dumaya keçiriləcək seçki ərəfəsində Rusiyada situasiyanı qarışdırmaq niyyətində olduğunu da söyləyib.