Lavrov Asiya səfərinə çıxdı – Nazirlərlə görüşəcək

34

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyaya səfər edib.

Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Lavrov avqustun 3-də Myanmaya səfər edərək xarici işlər naziri Vunna Maun Lvinlə danışıqlar aparacaq.

Bundan sonra o, Kambocaya uçacaq və orada Rusiya-ASEAN formatında xarici işlər nazirlərinin görüşündə, Şərqi Asiya Sammitində və regional təhlükəsizlik forumunda iştirak edəcək.

Zaxarova, həmçinin qeyd edib ki, rusiyalı nazirin səfəri ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi kimi təxribat deyil, əməkdaşlıq üçündür.